Yeni yaradılan DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyi:

9 avqust 2018-ci il tarixli “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 
Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyndə DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və mərkəzlərinin, habelə 5 sentyabr 2018-ci il tarixli Fərmanı ilə “e-sosial” internet portalı bu sahədə innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılmasına xidmət edəcəkdir.Həmin xidmətlərin siyahısında əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər aidiyyəti sahələrdə 126 xidmət əhatə olunur.
Fərmana görə, bu mərkəzlərdə xidmətlər "bir pəncərə", həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməlidir.
Vətəndaşların bilavasitə, telefon və ya internet vasitəsilə müraciətləri əsasında, səyyar və digər üsullarla xidmətlərin həyata keçirilməsi təmin edilməlidir.
Bundan başqa mərkəzlərdə vətəndaşlara xidmət göstərən əməkdaşlar üçün etik kursların təşkili, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə bacarıqlarını və digər aidiyyəti bacarıqları inkişaf etdirən müxtəlif təlimlər həyata keçirilməlidir.
Qeyd edək ki, ilin sonuna kimi bir neçə mərkəzin yaradılması nəzərdə tutulmuşdur.