Kanadanın Toronto Universitetində təqaüdlə təhsil imkanı

"The Lester B. Pearson" beynəlxalq təqaüd proqramı beynəlxalq tələbələr üçün  Kanadada təqaüdlü təhsil imkanı təqdim edir. Təqaüd proqramı əsasında tələbələr Toronto Universitetində 4 il müddətində bakalavr təhsili ala biləcəklər. Təqaüd proqramına 4 il müddətinə təhsil, kitablar, yaşayış və başqa xərclərin qarşılanması daxildir. Son qeydiyyat müddəti 30 noyabr 2018-ci il üçün nəzərdə tutulub. Daha ətraflı məlumat üçün bu keçidə daxil ola bilərsiniz.