İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliklər

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində aşağıdakı dəyişikləri etməyi qərara alıb:

212-ci maddə üzrə:

221.1-ci maddədə qeyd edilən (Bu Məcəllənin 299, 305, 306.4, 318 və 322.0.4-cü maddələrində nəzərdə tutulan yerlər istisna olmaqla, “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş digər yerlərdə siqaret çəkməyə görə- otuz manat məbləğində cərimə edilir.) "və tütün məmulatı" sözləri "məmulatlarının istifadəsinin məhdudlaşdırılması" sözləri ilə, "siqaret" sözü "tütün" sözü ilə əvəz edilib.

212.2-ci maddədə qeyd edilən (Müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə-vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.) hər iki halda "siqaret" sözü "tütün" sözü ilə, "yerlərin ayrılmasının" sözləri "ayrılmış yerlərin sanitar-gigiyenik normalara və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə cavab verən şəkildə təchizinin" sözləri ilə əvəz edilsib və həmin maddədən "xəbərdarlıq" sözü çıxarılıb.

 İnzibatı Xətalar Məcəlləsinə  aşağıdakı məzmunda 212.3-cü, 212.4-cü və 212.5-ci maddələr əlavə edilib:
"212.3. Yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsi -
yüz manat məbləğində cərimə edilir."
 "212.4. Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə -əlli manat məbləğində cərimə edilir."
 "212.5. Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yerlər istisna olmaqla) tütün çəkilməsinə şərait yaradılmasına, yaxud tütün çəkilməsinin təklif edilməsinə görə - vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir."

Bundan başqa, 299-cu maddənin adında və dispozisiyasında(Hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkmə-Hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə-yüz manat məbləğində cərimə edilir) "müəyyən edilməmiş yerlərdə siqaret" sözləri "tütün" sözü ilə əvəz edilib.

322.0.4-cü maddədə (müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməsinə görə-qırx manatdan əlli manatadək məbləğdə cərimə edilir) "siqaret" sözü ", sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün" sözləri ilə əvəz edilib.

Xatırladaq ki, bu dəyişikliklər Prezident tərəfindən imzalandıqdan və müvafiq qaydada dərc edildikdən sonra qüvvəyə minəcək.