Böyük Britaniyada 4 həftəlik təcrübə imkanı

"John Smith Trust Wider Europe Fellowship 2019" təqaüd proqramı çərçivəsində  Böyük Britaniyada 4 həftəlik təcrübə qazanmaq imkanı təqdim edilməkdədir. Proqram çərçivəsində iştirakçılar Böyük Britaniyanın ekspert və mütəxəssislərinin peşə təcrübəsindən yararlanaraq liderlik qabiliyyətlərini inkişaf etdirə bilərlər. Həmçinin, bu müddət ərzində onlar Böyük Britaniyada mövcud olan qurumların fəaliyyəti və müasir demokratiyanın üzləşdiyi problemlərə qarşı hansı həll yollarından istifadə etdikləri ilə bağlı praktiki məlumat əldə edəcəklər. Müraciət edəcək namizədlər üçün yüksək səviyyəli İngilis dili üzrə yazı və danışıq, eyni zamanda liderlik qabiliyyəti, hüquq, sosial ədalət, idarəetmə sahələri üzrə maraq, 25-35 yaş həddi, və başqa tələblər qoyulmuşdur. Müraciət edə biləcək ölkə siyahısı belədir: Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Ermənistan, Belarusiya, Moldova.  Proqramın digər şərtləri haqqında daha ətraflı məlumatı bu keçiddən əldə də bilərsiniz.