"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Qanununda dəyişiklik :

"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanunuun 1-ci maddəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər - 18 yaşınadək hər iki valideynini itirmiş, habelə hər iki valideyninin himayəsindən məhrum olmuş ali və orta ixtisas təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslər hesab olunur.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq həmin bənddə  "18 yaşınadək hər iki valideynini itirmiş, habelə hər iki valideyninin" sözləri "valideynlərini itirmiş, habelə valideyn" sözləri ilə əvəz edilməsi barədə qərar qəbul etmişdir.

Qeyd edək ki, 25.01.2017-ci il tarixində Konstitusiya Məhkəməsi yuxarıda qeyd edilən maddəyə 21 yaşında bir valideynini itirmiş, digəri isə 2-ci qrup əlil olan və Tibb Universitetində ödənişli əsaslarla təhsil alan C.Q –nin şikayəti üzrə şərh verərək qərara gəlmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin tələbləri əsas götürülərək, dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla əyani formada təhsil alan şəxslər “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin müvafiq abzasında göstərilən səbəblərə görə 18 yaşına çatdıqdan sonra da valideyn dəstəyindən məhrum olduqda, onların təhsil haqlarının ödənilməsi təhsil aldıqları müddətdə (23 yaşınadək) “Təhsil haqqında” Azərbaycan Respublikası Qanuna müvafiq olaraq təmin edilməlidir.                                                            
Həmin norma Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsi ilə uyğunsuzluq təşkil etdiyindən onun qeyd edilən Plenum qərarında əks olunan hüquqi mövqeyə uyğunlaşdırılması Azərbaycan Respublikası Milli Məclisinə tövsiyə edilmişdi.