"Banklar haqqında qanun" a dəyişiklik

    Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq "Banklar haqqında qanun"nun aşağıda göstərilən 3 maddəsinə dəyişikləri etmişdir. Köhnə redaksiyada maddələr aşağıdakı kimi verilmişdir:

25.2. Bankın Müşahidə Şurası 3 nəfərdən az olmamaqla, tək sayda üzvlərdən ibarətdir. Şuranın üzvləri bankın səhmdarlarının ümumi yığıncağı tərəfindən səhmdarlardan və/və ya kənar şəxslərdən 4 ildən çox olmayan müddətə təyin edilən fiziki şəxslərdir. Şuranın üzvləri növbəti müddətlərə yenidən seçilə bilərlər.

26.2. İdarə Heyəti 3 nəfərdən az olmamaqla, tək sayda üzvlərdən ibarətdir. İdarə Heyətinin üzvləri bank səhmdarlarının ümumi yığıncağı tərəfindən 4 ildən çox olmayan müddətə təyin edilirlər. Onlar növbəti müddətlərə yenidən seçilə bilərlər. 

27.3.Bankın Audit Komitəsi üç nəfərdən az olmamaqla tək sayda üzvlərdən ibarətdir. Komitənin üzvləri Səhmdarların Ümumi Yığıncağı tərəfindən 4 ildən çox olmayan müddətə təyin edilir. Komitənin üzvləri növbəti müddətə yenidən seçilə bilər.

    Dəyişikliyə əsasən Müşahidə Şurası, İdarə Heyəti və Audit Komitəsinin üzvləri artıq 4 il yox 3 il müddətinə təyin ediləcəklər. Həmçinin 27.3-cü maddədə "Səhmdarların Ümumi Yığıncağı" sözləri "Müşahidə Şurası" sözləri ilə əvəz edilmişdir.

Xatırladaq ki, bu dəyişikliklər Prezident tərəfindən imzalandıqdan və müvafiq qaydada dərc edildikdən sonra qüvvəyə minəcək.